“Münaqişəni aradan qaldırmaq üçün Minsk razılaşması ən yaxşı yoldur” - MAKRON

  • By admin
  • 08 Fevral 2022 18:05

Almaniya və Fransa münaqişəyə son qoymaq üçün vasitəçiliyinə davam edəcək.

Gununsesi.info-nun APA-ya istinadla xəbərinə görə, bunu Fransa Prezidenti Emmanuel Makron Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçiridyi mətbuat konfransında deyib.

HTML tutorial

Fransa Prezidenti bildirib ki, Ukraynanın ərazi bütövlüyü bərpa etmək, münaqişəni aradan qaldırmaq üçün Minsk Razılaşması ən yaxşı yoldur.

Makron deyib ki, Minsk Protokolu ilə bağlı Putinlə müzakirələr zamanı Rusiya Prezidenti bu razılaşmaya sadiqliyini bildirib.

Fransa dövlət başçısının sözlərinə görə, bu gün digər məsələ Rusiyanın təhdidedici mövqeyi ilə bağlıdır. “Rusiya beynəlxalq ictimaiyyətə təzyiq göstərməyə çalışır. Mən bütün bu məsələləri dünən Vladimir Putinlə müzakirələrdə qaldırdım. Biz bu barədə ətraflı danışdıq”.

Prezident Makron deyib ki, regionda sabitlik üçün yeni təhlükəsizlik və zəmanət mexanizmləri üzərində işləmək lazımdır. “Biz Minsk razılaşmasını həyata keçirməliyik, eyni zamanda dialoqa davam etməliyik”.

 

 

Gununsesi.info