“Münasibətlərin normallaşması Ermənistanın atacağı addımlardan asılı olacaq” - Fuat Oktay

  • By admin
  • 18 Dekabr 2021 13:20

“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası ötən həftə keçirilib. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün bölgə üçün normallaşma arzusundayıq və bu yanaşmamızda tam səmimiyik”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay söyləyib.

“Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olaraq ehtiyatla və Azərbaycanla yaxından təmasda olaraq gerçəkləşdiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün əhatəli əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq”, – vitse-prezident vurğulayıb.

Gununsesi.info