Münhendə avtomobil izdihamın üzərinə çırpılıb, azı 20 nəfər xəsarət alıb

  • By Admin2
  • 13 Fevral 2025 16:05

Almaniyanın Münhen şəhərində həmkarlar ittifaqının etiraz aksiyasına toplaşan kütləyə avtomobil çırpılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bild qəzeti hadisə nəticəsində azı 20 nəfərin yaralandığını yazıb.

Hücumdan sonra bir nəfər saxlanılıb, yaralıların vəziyyəti ilə bağlı hələlik açıqlama verilməyib.

Yerli polisin X vasitəsilə verdiyi açıqlamaya görə, hadisədən sonra Dachauer rayonunda böyük polis əməliyyatı başlayıb.

Sabah şəhərdə Münhen Təhlükəsizlik Konfransı keçiriləcək. Hücumun konfransın keçiriləcəyi yerin yaxınlığında törədildiyi iddia edilir. ABŞ-ın vitse-prezidenti JD Vens və Ukrayna prezidenti Vladimir Zelenskinin bu gün şəhərə səfəri gözlənilir.

Orxan Saffari

Gununsesi.info