Münhendə iki yük qatarı vaqonu körpüdən düşüb

  • By Admin2
  • 20 İyun 2026 16:01

Die Zeit qəzetinin verdiyi məlumata görə, dünən gecə  Münhendə iki yük qatarı dəmir yolu körpüsündə toqquşub, nəticədə iki vaqon təxminən beş metr hündürlükdən Stahlheimerstrasse körpüsünə düşüb.

Gununsesi.info xəbər verir ki, nəşrin məlumatına görə, hadisə yerli vaxtla təxminən saat 01:40 radələrində Milbertshofen rayonunda baş verib.

Polisin məlumatına görə, düşən qatar vaqonları boş olub. Qəza nəticəsində bir nəfər ölümcül xəsarət alıb.

Hazırda mütəxəssislər vaqonları qəza yerindən təxliyə edir, toqquşmanın səbəbini müəyyənləşdirir və dəymiş ziyanı qiymətləndirir.

Hadisənin yalnız yük qatarlarının istifadə etdiyi xətdə baş verdiyi üçün regional və şəhərlərarası qatarların hərəkətinə təsir etmədiyi aydınlaşdırılıb.

Gununsesi.info