Müntəzəm məşqin yeni faydası kəşf edilib

Mütəmadi olaraq idman etmək həm ürək sağlamlığını yaxşılaşdırmaq, həm də çəki nəzarətini saxlamaq baxımından böyük əhəmiyyət kəsb edir. Alimlər zehni gücə müsbət təsirləri sübut edilmiş idman vərdişinin yeni faydasını kəşf ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, London Universiteti tərəfindən aparılan yeni bir araşdırma, məşqdən sonra beynimizdəki qısa müddətli enerji artımının ertəsi gün də davam etdiyini aşkar etdi. Araşdırmaya görə, müəyyən bir gündə adi haldan daha çox orta və sıx fiziki fəaliyyət göstərən şəxslər ertəsi gün yaddaş testlərində daha yaxşı nəticələr əldə ediblər.

Mütəxəssislər bu faydaları pilləkən qalxma kimi sadə məşqlərlə də əldə edə biləcəyini bildirirlər. Qısa müddətdə məşq beyinə qan axını artırır, koqnitiv funksiyalara töhfə verən norepinefrin və dopamin kimi nörotransmitterlərin sərbəst buraxılmasını stimullaşdırır. Bu neyrokimyəvi dəyişikliklərin məşqdən sonra bir neçə saat davam edəcəyi düşünülür.

İdmanın ümumi sağlamlığa faydaları ilə bağlı başqa bir araşdırma, müntəzəm məşqlərin beyin inkişafını dəstəklədiyini və əhval-ruhiyyənin bərpasına kömək etdiyini ortaya qoydu.

Britaniyalı alimlərin rəhbərliyi ilə aparılan son araşdırmada 50-83 yaş arası iştirakçılara 8 gün ərzində koqnitiv testlər verilib. 

Araşdırmalar nəticəsində orta və ya intensiv fiziki fəaliyyətlə məşğul olan insanların ertəsi gün orta aktivlik və yuxu səviyyələri nəzərə alınmaqla iş və epizodik yaddaş (hadisə yaddaşı) performansının daha yaxşı olduğu müəyyən edilib. Normaldan daha hərəkətsiz olan insanların ertəsi gün günə daha pis iş yaddaşı ilə başladığı müəyyən edilib.

Sürətli yerimək, rəqs etmək və ya bir neçə pilləkən qalxmaq kimi fəaliyyətlərin ürək döyüntüsünü artırdığını bildirən ekspert, təsirli araşdırmanın daha böyük bir qrup iştirakçı ilə təkrarlanması lazım olduğunu da vurğuladı.

İdman etmək də çəki idarə etmək üçün çox təsirli bir üsuldur. Daimi məşq maddələr mübadiləsini sürətləndirir, yağ yandırılmasını artırır və bədən çəkisini sağlam səviyyədə saxlamağa kömək edir.

Orxan Saffari

Gununsesi.info