Murad Arifə telekanalda direktor vəzifəsi verildi – AÇIQLAMA

  • By admin
  • 02 İyun 2020 13:44

Bəstəkar-müğənni Murad Şükür (Arif) “MTV Azərbaycan”dan təklif alıb.

Gununsesi.org xəbər verir ki, musiqiçi BAKU.WS-ə açıqlamasında bildirdi ki, telekanalın musiqi direktoru vəzifəsinə dəvət edilib.

HTML tutorial

“Sözügedən kanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm. Bundan başqa iki klip üzərində işləyirəm və əlbəttə ki, İTV kanalı ilə əməkdaşlığa başlamışam. “YouTube” kanalında yayımlana “Popumuz var” layihəm bundan sonra İTV-də yayımlanacaq. İyun ayında ilk dəfə İTV-də yayımlanacaq layihəmin teleməkanda ilk qonağı Xalq artisti Aygün Kazımova olacaq”, – deyə Murad Arif bildirib.

Gununsesi.org