Murad Arif gileyləndi: “Torpaqdan doymurlar”

  • By admin
  • 11 Aprel 2022 10:56

Yol bağlamaq, yol kəsmək günah deyilmi? Bizim insanlar qəbiristanlıq kimi yerdə də torpaq bölə bilmir… torpaqdan doya bilmir… “Mən hasarladım. Mənə rahatdır. Başqası nə vecimə?”

Gununsesi.info xəbər verir ki, bu sözləri aparıcı-müğənni Murad Arif sosial mediada yazıb.

Qəbiristanlıqdakı vəziyyətdən gileylənən sənətçi avropalıların məzarlarını nümunə çəkib:

“Nənəmgilin yerinə darısqal yol vardı. Onu bir az da daraldıblar. Kimsə ölüsünə hasar düzəldir. Yoldan bir az da qapır…. Göz doymur axı… Başqası necə keçəcək? Ölüsü düşsə, necə daşıyacaq? Qəbiristanlıqdır e bu… Barı burada gözlər dünya malından doymalı…

Əlimdə səlahiyyət olsa, qəbirətrafı hasarları ləğv edərəm! Əzizinin yanında basdırılmaq istəyən də müraciət eləsin, yerini tutsun. Nə problemdir?

Daha bu hasarlar, bu zaborlar nəyə lazımdır?

Şəkildəki Avropa qəbiristanlığıdır. Səliqəli, hasarsız, hüzurlu…”

Gununsesi.info