
Bu gün pop, rok, blyuz janrlarının mahir ifaçısı Maykl Ceksonun anadan olduğu gündür.
Gununsesi.info xəbər verir ki, vaxtilə dünyanın dörd bir tərəfindən böyük fanat ordusuna malik olan müğənni Ceksonun azərbaycanlı sevərləri də az olmayıb. Aparıcı Murad Arif də bu gün onu yad edərək sosial şəbəkədəki səhifəsində fikir bildirib:
“Əsl sənət səs deyil, fikirdir. Oxuduğunda bir məram, missiya, ideyaı olmayan kəslər sadəcə müğənnidir…Sən heç vaxt “sadəcə müğənni” olmadın. 25 il öncə oxuduğun “Heal the World” (dünyanı sağalt” hələ də aktualdır mesajı hələ də aktualdır… Hələ də planetin şəfaya ehtiyacı var…və hələ də uşaqlarımıza sağlam bir dünya yarada bilmirik. Ad günün mübarək. KİNG. Nə yaxşı ki səni tanıdım…Mən səni sevirəm”.
Gununsesi.info