Murad Boz sevgilisindən bezib - ONUN AKTRİSA ASLI ENVERƏ QARŞI HİSSLƏRİ ZƏİFLƏYİB

  • By admin
  • 03 Mart 2017 20:33

murat boz

Müğənni Murad Boz və aktrisa Aslı Enverin ayrılması barədə yenidən xəbərlər yayılıb.

Gununsesi.info Axsam.az-a istinadən xəbər verir ki, cütlük birgə foto paylaşaraq xəbəri təkzib edib.

Ancaq cütlüyün yaxın dostları iddiaları təsdiqləyərək Murad Bozun ayrılmaq istədiyini deyiblər. Aslı isə ondan ayrılmaq istəmir. Aktrisa 25 gündür görüşmədiyi müğənnini yenidən davam etmək üçün razı salsa da, bu münasibətin bitdiyi deyilir.

Ayrılıq səbəbi isə xəyanət deyil. Sadəcə M.Boz Aslıya qarşı hisslərinin zəiflədiyini bildirib. O, ayrılıq qərarı aldıqdan sonra Dominikana, “Survivor”da çəkilişlərdə iştirak etməyə gedib. Lakin Aslı Muraddan münasibətlərinə ikinci şans vermələrini istəyib. Murad da onun karyerasına pis təsir etməmək üçün münasibəti davam etdirib.

Lakin onların sevgisinin bundan sonra sadəcə bir neçə ay davam edəcəyi deyilir.

Gununsesi.info