
Əməkdar artist, şoumen Murad Dadaşov bu yaxınlarda tamaşaçılar qarşısına hansısa verilişlə yox filmlə çıxacaq.
Gununsesi.info xəbər verir ki, aktyorun rəhbəri olduğu MG Production yeni filmin sifarişçisidir. “Bayram axşamı” adlanan filmdə rəqqasə Oksana Rəsulova da rol alıb. Amma komediya janrında olacaq ekran əsərinin tamaşaçı qarşısına Novruz bayramı ərəfəsində çıxacağı gözlənilir. Ən maraqlı detallar isə hələ ki sirr saxlanılır.
Gununsesi.info