Tolikin verilişi bağlandı – Murad Dadaşovdan qərar

  • By admin
  • 07 Mart 2020 14:14

Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişi bağlanıb.

Gununsesi.org xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, buna ötən gün canlı yayımda Əməkdar artist Elza Seyidcahanla müğənnilər Manaf Ağayev və Mətanət Əsədovanın qalmaqalı səbəb olub.İki gün öncə telekanalın rəhbəri vəzifəsinə təyin edilən Murad Dadaşov həmin buraxılışdan dərhal sonra iclas keçirib və verilişin bağlanmasına qərar verib.

Qeyd edək ki, dünənki proqram zamanı sənətçilər bir-birlərinə qarşı qeyri-etik ifadələr səsləndirib, televiziyaya uyğun olmayan söhbətlər aparılıb. Bu səbəbdən hətta efir yarımçıq dayandırılıb.

Gununsesi.org