Murad Dadaşovun “Xəzər TV”-yə rəhbər təyin edilməsi xəbəri təsdiqlənmədi

  • By arzu
  • 16 Yanvar 2020

Son həftələrdə mətbuatda tanınmış şoumen Murad Dadaşovun Xəzər TV-yə rəhbər təyin edilməsi ilə bağlı xəbərlər yer almışdı. Həmin xəbərlərdə bildirilirdi ki, Prezident Administrasiyasının keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənov telekanal rəhbərliyindən uzaqlaşdırılıb və onun yerinə Murad Dadaşov gətirilib.

Gununsesi.org-un əldə etdiyi məlumatlara görə, Murad Dadaşovun rəhbər təyinatı təsdiqlənməyib. Mənbəmiz bildirir ki, hazırda onun televizyaya təyinatı ilə bağlı telekenal daxilində heç bir gözlənti yoxdur. Dadaşov işçi heyətə rəhbər kimi təqdim edilməyib, işlər öz axarı ilə davam edir.

Qeyd edək ki, KİV-də Murad Dadaşovun telekanala “rəhbər” təyin edilməsi xəbəri  bir çox ictimai xadimlər tərəfindən müsbət qarşılanmamışdı.

 

Gununsesi.org