
Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Gununsesi.info-ya verilən məlumata görə, o, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.
Bu qrupda İspaniyanın “İnter FS”, Çexiyanın “FK EP Chrudim”, Serbiyanın “KMF Ekonomac” və Sloveniyanın “SD Brezje Maribor” komandaları yer alıb. Oyunlar noyabrın 23-dən 26-dək Sloveniyanın Maribor şəhərindəki Dvorana Tabor arenasında keçiriləcək.
Anar
Gununsesi.info