
Oynadığı baş rolun xarakterinə uyğun olaraq həqiqi əməliyyat otağına alınan Murad Yıldırım əməliyyat gedən zaman huşunu itirib.
Gununsesi.info xəbər verir ki, Fahriyə Evcenlə rolları paylaşan Murad filmdə cərrah həkimi canlandırır. Bu səbəbdən həqiqi əməliyyat otağına alınan aktyor əməliyyatı izləyən zaman halı pisləşib. Özünə gətirilən aktyor “Qan görən kimi pis oldum, başım fırlandı özünü itirdim” deyərək şərh verib.
Gununsesi.info