Muradı saxlayıb Hadisəni sildi… - FOTOLAR

  • By admin
  • 17 Fevral 2020 11:16

Türkiyənin məşhur aktrisası Aslı Enver pop ulduz Hadisə Açıkgözlə münasibətini bitirmək qərarına gəlib. Gununsesi.org xəbər verir ki, o, müğənni Murad Bozla sevgili olduğu müddətdə Hadisə ilə başlayan rəfiqəliyinə son verib.

Sevgililər günü ərəfəsində instaqramını “təmizləyən” aktrisa 200 nəfəri “unfollow” edib. Onlar arasında H. Açıkgöz də var. Onun Murad Bozu hələ də izləməsi, Hadisəni isə silməsi marağa səbəb olub.

Hadisə mövzu barədə açıqlamasında qeyd edib ki, Aslının onu izləməməsinə görə narahat deyil: “Mənim üçün problem deyil. Bu, insanların seçimidir. Mən də heç kimi izləmirəm”.

Qeyd edək ki, Aslı dəfələrlə mətbuata Hadisə ilə çox yaxşı rəfiqə olduğunu açıqlamış, onu Murada heç vaxt qısqanmadığını bildirmişdi.