Müsəlman Birliyi Hərəkatının üzvləri etiraz aksiyasını Bakı şəhər Polis İdarəsi qarşısında davam etdiriblər

Müsəlman Birliyi Hərəkatının fəallarından ibarət qrup çərşənbə günü səhər Prezident Administrasiyasının binası qarşısında başlayan etiraz aksiyasını günün ikinci yarısında Bakı Şəhər Baş Polis İdarəsinin qarşısında davam etdiriblər.

Onlar bir daha mayın 20-də dindarların dindirilməsi zamanı Allahı təhqir edən polislərin cəzalandırılmasını tələb ediblər.

Fəallar bəyanatlarını oxumaq istədikləri zaman polis əməkdaşları onları polis idarəsinin binasından uzaqlaşdırıb. Sonra isə onlardan bir neçə nəfərini söhbət üçün dəvət ediblər.

Polis əməkdaşları jurnalistlərin çəkiliş aparmasına mane olublar. Jurnalist Nərgiz Absalamovanın jurnalist vəsiqəsi əlindən alınıb, bir neçə saat sonra vəsiqə zədələnmiş formada jurnalistə qaytarılıb.

Gununsesi.info