
Polşalı fermerlər müsəlman ölkələrindən gələn miqrantlardan qorunmaq üçün Belarusla sərhəddə donuz peyini yayırlar.
Gununsesi.info xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Ümumpolşa fermerlərin etirazı” hərəkatı məlumat yayıb.
Fermerlərdən birinin sözlərinə görə, bu gündən etibarən Polşanın Belarusla sərhədindəki sərhəd zolağının suvarılmasına başlanılıb.
Etirazçıların fikrincə, donuz peyin müsəlman miqrantları qorxudacaq, çünki donuz İslamda natəmiz heyvan sayılır. Beləliklə, polşalı fermerlər Polşa sərhədçiləri ilə həmrəy olduqlarını nümayiş etdirməyə və “hökumətə ərazini necə qorumaq lazım olduğunu göstərməyə” qərar veriblər.
Xatırladaq ki, iyunun 13-də Polşa Belarusla sərhəddə bufer zonası tətbiq edib. 60 kilometrlik sərhəd zonasında qalma qadağası gələn miqrantların aqressiv davranışı barədə məlumat verən Polşa sərhədçilərinin şikayətləri səbəbindən tətbiq edilib.
Mayın 28-də miqrantlar Belarusla sərhəddə daş, nizə və sınmış şüşədən istifadə edərək Polşa əsgərlərinə hücum ediblər.
Əsgərlərdən biri bıçaqla yaralanıb və onu xilas etmək mümkün olmayıb.
Şəbnəm
Gununsesi.info