Müsəlman qardaşların İstanbul və London parçalanması – Dünya müsəlmanlarının gözü bu xəbərdə

  • By arzu
  • 26 Noyabr 2022 13:50

Misirdəki Müsəlman qardaşlarının arasındakı London-İstanbul gərginliyi getdikcə dərinləşir.

 

HTML tutorial

Gununsesi.info “BBC”yə istinadən xəbər verir ki, təşkilatın liderlərindən olan İbrahim Münirin son günlərdə Londonda həyatını itirməsindən sonra bu iki tərəf arasında rəqabət geclənib.

2013-cü ildə Misirdə ordunun idarəçiliyi hərbi çevrilişlə ələ almasından sonra liderlik mərtəbəsində yaşanan problemlər Türkiyə və İngiltərə olmaqla iki ayrı tərəf arasında ixtilafları alt qatlara daşıyıb. Dünyanın ən böyük siyasi İslamçı hərəkətlərindən olam Müsəlman Qardaşların çatlara ayrılması bu bölünmənin səbəbləri ilə bağlı sualları ortaya çıxarır.

 

Müsəlman Qardaşlar (MQ) kimdir? 

Müsəlman Qardaşları 94 illik keçmişə sahib olan bir təşkilatdır. 19228-ci ildə ibtidai isinif müəllimi Həsən Əl Bənna tərəfindən qurulan MQ illər içində misirdə yoxsullar arasındakı yardım işləri ilə təsirini önəmli dərəcədə artırdı və yüksək gücə çatdı.

Təşkilat dünyadakı bir çox siyasi İslamçı hərəkətləri təsirləyərkən Orta Şərq və Şimali Afrika başda olmaqla çeşidli ölkələrdə quruma birbaşa və ya dolaylı olaraq bağlı hərəkətlər quruldu.

Misirdə ayrı-ayrı dönəmlərdə fərqli siyasi birliklərə daxil olan, şiddət etirazları səbəbi ilə dönəm-dönəm üzərindəki basqılar artan bu təşkilat “Ərəb Baharı” ilə ilk dəfə iqtidara gəlmə şansı əldə etdi.

2010-cu ilin son aylarında Tunisdə başlayıb çeşidli ölkələrdə yayılan “Ərəb Baharı” olaraq adlandırılan hərəkətlər dalğası Misiri də təsirləndirdi.

2011-ci ildə günlərlə davam edən küçə etirazlarının ardından dönəmin Misir lideri Hüsnü Mübarəkin 29 illik iqtidarı sona çatdı.

2012-ci ilin iyununda keçirilən seçkiləri Müsəlman Qardaşlarının cizgisində xətt yürüdən Azadlıq və Ədalət Partiyasının başçılığındakı ittifaq qazandı. Yeni Prezident Məhəmməd Mursi oldu.

2014-cü ildə isə Azadlıq və Ədalət Partiyası qapadıldı.

İngiltərə və Türkiyə heyətlərində kimlər var

Bu dönəmdə təşkilatın bir çox yönəldicisi və üzvü həbsə atıldı. Bir qismi ölkə xaricinə qaçdı. Həbslər Misirdəki təşkilat liderliyini də sarsıtdı. Dönəm içində biri İngiltərənin paytaxtı London, digəri isə İstanbul olmaq üzrə iki ayrı lider heyət önə çıxmağa başladı.

Bu iki qrup arasındakı təşkilata kimin hakim olacağına dair qobğa dərinləşdi və bu qanadlar ictimaiyyətə açıq bir şəkildə qarşılıqlı həmlələr etdi.

“BBC”nin Ərəbcə Xidmətinin Qahirə müxbiri Məhəmməd Həməda təşkilatdakı bölünmənin ideoloji və politik səbəblərlə olmadığını, bunun təşkilatın kimin idarə edəcəyi ilə bağlı olduğunu açıqlayır. Qruplardan birinin lideri illərdir İngiltərədə yaşayan İbrahim Münir, digəri isə Mustafa Tolbaydır.

Münir təşkilatın keçici lideri Mahmud İzzətin Misirdə həbs edilməsindən sonra liderliyi vəkalətən almışdı. İbrahim Münir 4 noyabrda həyatını itirdi.

“BBC”nin İzləmə Xidmətinin verdiyi məlumata görə, London qrupu Mohie Əl Zayidi Qrupun müvəqqəti lideri elan etdi.

İstanbul qrupu isə “Ümumi Şuranın camaatın nizamnaməsinə uyğun olaraq Rəhbərlik Bürosunun üzvü Mahmud Hüseyni Ümumi Sədr Vəkili olaraq təyin etdiklərini açıqladı.

BBC”nin İzləmə Xidməti Hüseynin Mursinin devrilməsinin ardından Türkiyəyə getdiyini və Ədalət və İnkişaf Partiyası hökuməti ilə gözəl münasibətlər qurduğunu bildirir.

Gərginlik media üzərində də davam edir

Bu iki tərəf arasındakı gərginlik Müsəlman Qardaşlarının cizgisindəki media və sosial media kanalları üzərindən də davam edir.

“BBC”nin İzləmə Xidmətinin analizinə görə, təşkilatın ana internet saytı “İkhwan Online” və ona bağlı olan Facebook və Twitter səhifələri Hüseyni dəstəkləyir.

Azadlıq və Ədalət Partiyasının internet səhifələri də yeni Hüseyni dəstəkləyir.

Misirdə hökumət tərəfdarı internet xəbər saytı “Youm7”, Türkiyə mərkəzli “Watan TV”nin də Hüseynin tərəfindən qurulduğunu önə sürür.

“Youm7” Hüseynin təşkilatın maliyyə əməliyyatlarının arxasındakı isim olduğunu, bir çox iqtisadi hərəkətləri onun yönəltdiyini önə sürür.

Yeni qurulan media şəbəkəsi “Rassd News Network” isə London qanadının yanında yer alır.

“BBC”nin İzləmə Xidmətinə görə, daha öncə İstalbuldan yayım edən, ancaq iyun ayında İstanbuldan ayrılan “Mekameleen TV” London qanadını dəstəkləyən bir görüntü əks etdirir.

Gənclər Qrupu

“BBC Ərəbcə” bildirir ki, təşkilatda son dönəmdə bu iki qrupun xaricində Misir mərkəzli başqa bir qrupun ortaya çıxdığını önə sürür. Bu qrupun gənclərdən təşkil edildiyini və çalışmalarını gizlicə yürütdüyünü vurğulayan “BBC Ərəbcə”nin müxbiri Həməda bu heyətin gənclərdən meydana gələn bir liderlik yaranışı olduğunu müdafiə edir.

Bundan sonra nə ola bilər?

“BBC Ərəbcə” İbrahim Münirin on illərdir təşkilat içində önəmli bir adam olduğunu və bunun London qanadı üçün böyük bir itki anlamına gəldiyini deyir. Həməda önümüzdəki dönəmdə Misir siyasətində MQ-nin ciddi bir təsirinin olmayacağı fikrindədir.

Müxbir təşkilatdakı liderlərin böyük qisminin yaşının 70-dən artıq olduğunu bildirir. Ancaq gənc təşkilat üzvlərinin irəlidə bir dəyişimə səbəb olması ehtimalının olduğunu açıqlayır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info