Müsəlmanın müsəlman üzərində olan 30 haqqı

  • By admin
  • 10 Yanvar 2020 14:43

Müsəlmanların bir-birinin üzərində haqları vardır. Həzrət Peyğəmbər (s) bizləri bu haqların 30-u ilə tanış etmişdir ki, onlara nəzər salaq:

1. Onun xatalarını bağışlamaq.

2. Giriftar olan zaman onunla mehriban olmaq.

3. Şəxsi sirrini saxlamaq.

4. Eyiblərini aradan qaldırmaq.

5. Üzrünü qəbul etmək.

6. Pisliklərini inkar etmək və onun qeybətini edənlər qarşısında onu müdafiə etmək.

7. Dostluğunu qorumaq.

8. Davamlı olaraq ona nəsihət vermək və onun xeyirxahı olmaq.

9. Əhdini sındırmamaq və əhdinə vəfa etmək.

10. Xəstə olan zaman onu ziyarət etmək.

11. Cənazə mərasiminə getmək.

12. Dəvətini qəbul etmək.

13. Hədiyyəsini qəbul etmək.

14. Verdiyi hədiyyənin əvəzini vermək.

15. Ehsan edən zaman ona təşəkkür etmək.

16. Onun üçün yaxşı yoldaş olmaq.

17. Onun namusunu öz namusu kimi qorumaq.

18. Ehtiyaclarını aradan qaldırmaq.

19. Çətinliklərinin həll olması üçün şəfaətçi olmaq.

20. Asqıran zaman onun üçün salamatlıq istəmək.

21. İtirdiyini tapmaq.

22. Salamına cavab vermək.

23. Sözlərini yaxşı hesab etmək.

24. Mükafatını yaxşı vermək.

25. Andlarını təsdiq etmək.

26. Onu sevmək və onunla düşmənçilik etməmək.

27. Ona zalım olsa da, məzlum olsa da yardım etmək.

Zalıma yardım etmək o deməkdir ki, onu zülmündən saxlasın. Məzluma yardım etmək o deməkdir ki, ona haqqını almaqda kömək etmək.

28. Onun çətinliklər zamanı tək qoymamaq.

29. Yaxşılıqlardan o şeyi ki, özü üçün istəyər, onun üçün də istəmək.

30. Pislikdən o şeyi ki, özü üçün istəmir, onun üçün də istəməmək.

 

Həzrət Rəsuli-Əkrəm (s) sonda buyurur: “Əgər mömin bu haqlardan birinə əməl etməzsə, Qiyamət günü haqq sahibi haqqını ondan istəyər”.

Allah Təala bizlərə bu haqlara riayət etmək tofiqatını nəsib etsin!

Gununsesi.org