Musa Musayev:”YAP-da maliyyə yoxlamaları gözlənilən idi” -ÜZVLÜK HAQLARI VƏ İANƏLƏRİN TALEYİ DƏ ARAŞDIRILMALIDIR

  • By admin
  • 12 İyul 2021 16:25

Xəbər verdiyimiz kimi, Hesablama Palatası hakim Yeni Azərbaycan Partiyasında maliyyə yoxlamalarına başlayıb.

Məlumatlara görə, bu yoxlamalar YAP-ın sabiq icra katibi Əli Əhmədovun “vurulmasına” yönəlib.

Qeyd edək ki, hələ bir neçə il əvvəl YAP Siyasi Şurasının üzvü (Hazırda Təftiş Komissiyasının üzvü-red.) Musa Musayev hakim partiyadan maliyyə hesabatı istəmişdi.

O zaman Gununsesi.info-ya danışan Musa Musayev YAP-ın büdcəsinin qeyri-şəffaf xərcləndiyini iddia edirdi.

Saytımıza açıqlamasında Musa Musayev yenidən bu mövzuya toxunub.

O, bildirib ki, ölkənin hakim partiyasının özü öz fəaliyyətində birinci şəffaflığa diqqət etməlidir: “Mən düşünürəm ki , Hesablama Palatasının YAP-da dövlət büdcəsindən ayrılan vəsaitini necə xərclənməsini araşdırması gözlənilən idi. Mənimi kimi bir çox YAP funksionerlərinin narahatlığı var idi. Hesab edirəm ki, partiyamızın Təftiş Komissiyası da ayrıca yoxlama aparmalıdır. Bu yoxlama da üzvlük haqları və ianələrin xərclənməsi barədə olmalıdır. Üzvülük haqlarının və ianələrdən köçürülən vəsaitlərin də necə və hara xərclənməsini araşdırmalıdır . YAP-a inzibati bina və hündürmərtəbəli yaşayış binası tikilib istifadəyə verilib . Bu sahəyə ayrılan və xərclənən vəsaitin də hesabatı olmalıdır .  YAP-da maliyyə şəffaflığı olmalıdır . Təəssüflər olsun ki , bu illər ərzində YAP-nın Nəzarət – Təftiş komissiyasının yarıtmaz fəaliyyəti nəticəsində  bir dəfə də olsun normal hesabat verilməyib . YAP-nın yeni seçilmiş Təftiş Kamissiyası  inanıram ki , mütəmadi olaraq YAP- nın Mərkəzi Aparatında və rayon təşkilatlarında qanunauyğun səlahiyyəti çərçivəsində Nizamnaməyə  uyğun olaraq təftiş aparacaq və keçmişdə buraxılan qanun və maliyyə pozuntularını aşkar edib , köklü dönüş yaradılacaq . YAP-nın rəhbərliyi qarşısında və Qurultayda şəffaf və ətraflı hesabat məruzəsi ilə çıxış edəcək .

Elmar