Musa Qasımlı beynəlxalq toplantıda “Tarix dərsliklərində türk tarixi məsələləri”ndən danışdı

  • By admin
  • 08 Noyabr 2017 15:12

Azərbaycanlı millət vəkili, professor Musa Qasımlı Ankarada Türk Tarix Qurumunun keçirdiyi beynəlxalq elmi seminarda iştirak edib.

Gununsesi.info xəbər verir ki, professor Musa Qasımlı seminarda “Tarix dərsliklərində türk tarixi məsələləri” mövzusunda məruzə edərək, dərsliklərə Türk tarixinin salınmasının əhəmiyyətindən danışıb.

Seminarda Türkiyə, İngiltərə və Makedoniya alimlərinin məruzələri də dinlənilib.

Elmi seminar çərçivəsində deputat M.Qasımlı tədbirdə iştirak edən alimlərlə görüşündə birgə işbirliyinin yaradılması, Türk dünyasında Azərbaycanın yeri, rolu və əhəmiyyəti, müasir dövrdə üzləşdiyi problemlər, xüsusən də Ermənistan tərəfdən üzləşdiyi işğalçılıq siyasəti barədə geniş fikir mübadiləsi aparıb.

Mürtəza

Gununsesi.info