Musa Qurbanlı “Qarabağ”a qələbə qazandırdı

  • By ilhame
  • 16 İyul 2024 20:29

Avstriyada təlim-məşq toplanışı keçən “Qarabağ” yoxlama oyununa çıxıb.

 

Gununsesi.info xəbər verir ki, “köhlən atlar” Xorvatiyanın “Slaven” komandası ilə üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu Musa Qurbanlı vurub.

 

Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində daha öncə Almaniyanın “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.

Gununsesi.info