Müsahibə zamanı 11 müəllimin diplomu saxta çıxdı - NAZİRLİKDƏN ŞOK AÇIQLAMA

  • By admin
  • 25 Avqust 2017 12:24
599fdb35a5fbe_1435900088_0001
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladığı müddət ərzində 11 saxta diplom aşkarlanıb.
Bu barədə Gununsesi.info-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.
Nazirlikdən bildirilib ki, avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.
Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.
Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda – Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Burada namizədlərin diplomlarının uyğunluğu yoxlanılır.
Gununsesi.info