
16 aprel referendumundan sonra Milliyyətçi Hərəkat Partiyasında (MHP) yenidən gərginlik yaşanmaqdadır.
Belə ki, referenduma dəstək verdiyinə və məlum sonuclara görə, bir sıra tanınmış MHP-çilər Dövlət Baxçalı başda olmaqla, partiya rəhbərliyinə ciddi və kəskin etiraz səslərini ucaltmaqdadırlar.
Gununsesi.info-nun xəbərinə görə, belə ki MHP-nin çox tanınmış simalarından olan və TBMM başqanının sabiq müavini Meral Akşənərə yaxınlığı ilə seçilən Müsavat Dərvişoğlu bir neçə saat öncə üzvü olduğu partiyadan istefa verdiyini açıqlayıb.
O, istefa ərizəsində bunları yazıb:
“Hədəf və ülkülərimizə xidmət etdiyinə artıq inanmadığım bir siyasi yapı ilə birlikdə anılmayı anlamlı bulmadığımdan, uşaqlığım daxil bütün bir ömrü içində keçirdiyim və keçmişdə mənsubu olmaqla şərəf duyduğum Milliyətçi Hərəkat Partiyasından istefa edirəm”.
Onu da qeyd edək ki, MHP rəhbərliyinin qərarına və göstərişinə baxmayaraq, MHP-çilər-in 65 faizindən çoxu 16 aprel referendumunda “Hayır” deyiblər.
KAMİL
Gununsesi.info