Müsavat Partiyası MSK-dan Bakı Apellyasiya Məhkləməsinə şikayət edəcək

  • By admin
  • 29 Avqust 2016 14:28

musavat

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) Müsavat Patiyasının Təşviqat Qrupunun qeydə alınmaması barədə 27 avqust qərarından şikayət verəcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, bu gün Mərkəzi Seçki Komisssiyasının qərarı Müsavat Partiasına təqdim ediləcək və avqustun 30-da partiya Bakı Apellyasiya Məhkləməsinə şikayət edəcək.

Onun sözlərinə görə, MSK qərarında Müsavat Partiyasının topladığı seçici imzalarının 3600-nin bir-birinə uyğun olduğu və ya şəxsiyyət vəsiqələrinin nömrələrinin yazılışında problemlər olduğunu bildirib.

“MSK-nin qərarı tam siyasidir. Belə ki, Müsavat Partiyası 41 128 imza toplayaraq avqustun 22-də MSK-ya təqdim edib. MSK-dan dəfələrlə imzalarla bağlı problemin olub-olmasını sual etmişik. Bizə hər hansı problemin olması barədə məlumat verilməyib. MSK-a iclas təyin etməzədn 24 saat öncə imzaları yoxlayan işçi qrupunun protokolunu bizə təqdim etməlidir. Bu da olmayıb. Birdən, avqustun 27-nə iclas təyin ediblər və Müsavatın təşviqat qrupunun qeydə alınmaması barədə qərar qəbul ediblər”, o fikrini əsaslandırıb.

G.Aslanlı Müsavat Partiyasının etiraz aksiyaları keçirilməsi ilə bağlı məsələni də müzakirə edəcəyini bildirib.

Gununsesi.info