Müsavatçılar İran səfirliyinin qarşısında aksiya keçirib - FOTOLAR

  • By admin
  • 15 Noyabr 2022 20:09

Bu gün Müsavat Partiyasının fəalları
İranın Bakıdakı səfirliyi qarşısında bu ölkədə dinc nümayişçilərin qətlə yetirilməsi, 30 milyondan çox soydaşımızın milli hüquqlarının tapdalanması, anti-Azərbaycan siyasətinin xüsusi vüsət almasına qarşı etiraz aksiyası keçirib.

Gununsesi.info-nun xəbərinə görə, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığından polis aksiyanın qarşısını almağa çalışıb.

Polis qüvvələri səhər saatlarından səfirliyi 400-500 metr radiusda mühasirədə saxlasa da etiraz iştirakçılarının bir qismi “Azadlıq, ədalət, milli hökumət”, “Bakı-Təbriz-Ankara göz dağıdır yadlara” və başqa şüarlarını İran səfirliyinin lap yaxınlığına gələrək səsləndirə bilib.
Aksiya zamanı Müsavat başqanı Arif Hacılı və çoxsaylı partiya fəalları saxlanılıb.
Onların bir neçə saat sonra sərbəst buraxıldığı deyilir.

Sərbəst buraxılan Arif Hacılı açıqlama verib.
O, deyib:
“Əminəm ki, səsimiz yalnız səfirlik divarları arxasında deyil, Tehranda da, digər anti-Azərbaycan mərkəzlərində də eşidildi.
Zorakılıqlar, hədə-qorxular bizi durdurmaz. Yolumuza davam edəcəyik”.

Mais
Gununsesi.info