Müsavatçılar Rusiya səfirliyinin önünə toplaşdı

  • By admin
  • 09 Aprel 2021 17:51

Bu gün Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında bir qrup insan “Rus rədd ol!” şüarı ilə etiraz aksiyası keçirib.

Gununsesi.info xəbər verir ki, aksiyada onlarla vətəndaş iştirak edib.

Aksiya zamanı Rusiyanın Qarabağda erməni separatçılarına açıq dəstək olmasına və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı istifadə olunmuş “İsgəndər” raketlərindən istifadə edilməsi faktına etiraz bildirilib.

Bundan əlavə, etirazçılar “Bu Vətən bizimdir, bizim olacaq”, “Xankəndi Azərbaycandır!”, “Xocalı Azərbaycandır!” kimi şüarlar səsləndiriblər.

Aksiyanın sonunda etiraz bəyanatı səsləndirilib.

Gununsesi.info