Müsavatçıları Şəhidlər Xiyabanına buraxmırlar?

“Müsavat Partiyası olaraq gəlmişik 20 yanvar şəhidlərini ziyarət etməyə. Bir neçə saatdır dezinfeksiya bəhanəsiylə heç kimi şəhidləri ziyarətə buraxmırlar”.

Gununsesi.info xəbər verir ki, bunu Müsavat başqanının müavini Fərəc Kərimli sosial şəbəkədə yazıb. O, bildirib ki, bir saat sonra buraxılacaqlarını deyiblər: “İndi də polis elan edir ki, 16:30-da buraxılacaq.

Belə oyunlarla camaatı neçə ildir o qədər bezdirdilər ki, artıq şəhidləri ziyarətə çox az adam gəlir. Bu hərəkətin adı odur ki, insanların şəhidləri ziyarətə gələməsinin qarşısını alsınlar. Xeyli də nail olublar. Əvvəllər Bakının bəlkə də 70%-i şəhidləri ziyarətə gəlirdisə, indi heç 100 min adam gəlmir”.

Mətləb Yaqublu
Gununsesi.info