Musiqi məktəbinə Oqtay Kazıminin adı veriləcək - SƏRƏNCAM

Baş nazir Əli Əsədov Astara şəhər Uşaq Musiqi Məktəbinə Oqtay Kazıminin adının verilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info bildirir ki, Sərəncama əsasən, Astara şəhər Uşaq Musiqi Məktəbinə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış bəstəkar Oqtay Məmməd oğlu Kazıminin adı verilib.

Mədəniyyət Nazirliyi və Astara Rayon İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Gununsesi.info