Mingəçevir sakini Şirinov Mahir Tahir oğlu musiqi məktəbinin müəllimləri tərəfindən dələduzluqla üzləşdiyini iddia edir.
Gununsesi.info-ya müraciət edən Şirinov Mahir Mingəçevirdə yerləşən Ağdam Musiqi Məktəbinin müəllimləri kimi təqdim etdiyi Musayeva Nəzakət və Musayeva Ülkər tərəfindən pul fırıldaqlığı ilə üzləşdiyini bildirir.
Mahir Şirinov idia edir ki, adıçəkilən qadınlar ana-baladırlar və ondan 6050 manatı “firma malı” adı ilə ondan alıblar.
Mingəçevir sakini bundan başqa, kartan-karta “xakerlik” yolu ilə daha 1222 manat pul “atdıqlarını” deyir.
Şirinov Mahir həm həm Təhsil Nazirliyinin, həm də Mədəniyyət Nazirliyinin rəhbərliyindən həmin xanımlarla bağlı tədbir görülməsini xahiş edir.
Adıçəkilən musiqi məktəbi Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərir.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Arzu