Musiqili Teatrda Yeni il şənlikləri olacaq

29 dekabr 2023-cü il tarixindən – 03 yanvar 2024-cü il tarixinədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gündə dörd seans olmaqla (saat 10:30, 12:30, 14:30 və 16:30-da), maraqlı və macəra dolu “Yeni il” şənliyi nümayiş olunacaq.

Gununsesi.info xəbər verir ki, tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları iştirak edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

Kollektiv sifarişlər də qəbul olunur.

Gununsesi.info