
ABŞ administrasiyası ilə Ukrayna arasında gərginlik davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-lı milyarder və Trampın baş müşaviri Elon Mask Ukraynanın seçkilərə getməli olduğunu və prezident Vladimir Zelenskinin istənilən mümkün seçkini “çox böyük fərqlə” uduzacağını iddia edib.
X sosial media hesabından “Ukrayna müxalifətinin Tramp administrasiyası ilə görüşünü təsdiqləyən” yazıdan sitat gətirən Mask Zelenskini hədəfə alıb.
Musk, Zelenskinin mümkün seçkiləri çox böyük fərqlə uduzacağını iddia edərək, Ukraynanın seçkiyə getməli olduğunu paylaşdı.
Orxan