
SpaceX sahibi Elon Musk, Boeing Starliner-in nasazlığı səbəbindən kosmosda qapalı qalan iki NASA astronavtının bir neçə həftə ərzində Dragon kosmik gəmisi ilə Yerə qayıdacağını açıqladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, SpaceX kosmos daşıma şirkətinin sahibi Elon Musk, iyun ayından Beynəlxalq Kosmik Stansiyada (ISS) qapalı qalan iki NASA astronavtını xilas edəcəklərini və “Onları bir neçə həftəyə geri gətirəcəyik” dedi.
Boeing-ə məxsus Starliner kosmik gəmisindəki nasazlıq səbəbindən təxminən 9 aydır Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə qayıda bilməyən NASA astronavtları Suni Williams və Butch Wilmore-a ABŞ-ın kosmik nəqliyyat şirkəti SpaceX-in sahibi İlon Maskdan şad xəbər gəlib.
Mask ABŞ mətbuatına verdiyi müsahibədə Yerə qaytarılması mümkün olmayan iki astronavtı SpaceX tərəfindən xilas ediləcəyini bildirib. “Bəli, biz onları bir neçə həftəyə geri gətirəcəyik”
NASA elan etdi ki, hər şey yaxşı olarsa, qapalı qalan astronavtlar SpaceX-in Dragon kosmik gəmisi ilə martın 16-da BKS-dən ayrılacaqlar.
Orxan