Muslera zədəsindən danışdı: “Daha pis olacağını gözləyirdim”

  • By admin
  • 08 Avqust 2020 21:19

“Qalatasaray”da aldığı zədə səbəbindən növbəti mövsümün yarısını buraxacağı ehtimal olunan qapıçı Fernando Muslera vəziyyəti ilə bağlı danışıb.

“Spor Arena”nın məlumatına görə, F.Muslera ölkəsinin jurnalistlərinə müsahibə verib.

“Daha pis olacağını gözləyirdim. Hazırda sağalma prosesim yaxşı gedir.

Sağalmaq üçün xüsusi proqramlar icra edirəm”, – deyə uruqvaylı futbolçu bildirib.

 

Gununsesi.info