Azərbaycanda vəkillərin üzləşdiyi ciddi problemlərdən biri də hüquqlarını müdafiə etdiyi həbs yerlərində olan şəxslərlə operativ ünsiyyətinə yaradılan maneədir.
Vəkil Ramil Rüstəmov Gununsesi.info-ya açıqlamasında bu barədə vəziyyəti dəyərləndirib.
Onun sözlərinə görə, vəkilin hüquqlarını müdafiə etdiyi şəxslə görüş üçün qanunsuz olaraq müstəntiq, hakim və penitensiar xidmətindən məktub alınması tələbi ləğv edilməlidir:
“Bəzən günlərlə məktub ala bilmirik. Vətəndaşın və biz vəkillərin hüquqları pozulur.
Ölkədə hüquq və məhkəmə sistemi məhv edilib. Bu hallar vətəndaşların hüquqlarının təmin olunmasına deyil, şəxsi maraqlara xidmət edir”.
Vəkil, həmçinin Penitensiar Xidmətin həbsxanalara giriş üçün Covid testi tələbini də absurdd adlandırıb:
“Dünya pandemiya ilə vidalaşır. İnsanlar təyyarəyə test vermədən minir. Bizdə isə vəkil müdafiə etdiyi şəxslə görüşə hər dəfə gedəndə klinikaya ödəniş etməlidir ki, test cavabı alsın”.
Günay
GUNUNSESİ.İNFO