
Tanınmış jurnalist Azər Rəşidoğlu dünən Qarabağ erməniləri ilə görüşən azərbaycanlı məmur Məsim Məmmədov haqqında maraqlı qeyd yazıb.
Gununsesi.info jurnalistin həmin qeydini təqdim edir:
Dünən Xocalıda ermənilərlə görüşən Məsim Məmmədov vaxtilə ADNA-da Komsomol Komitəsinin rəhbəri idi. Biz, Xalq Cəbhəsinin üzvləri idik və Məsim bəylə tez-tez mübahisə edirdik.
Savadlı adam idi, lakin müstəqillk ideyasını qəbul etmirdi. Sonra Məsim Leninqrada Ali DTK məktəbinə getdi, oranı bitirdi.
Daha sonra SSRİ dağıldı və Azərbaycan müstəqil oldu.
İndi bizim çoxumuz müstəqil Azərbaycanda az qala işsizik. Məsim isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəridir. İnqilabı kimlər həyata keçirir, bəhrəsini kimlər görür…