28 May – Respublika Günü münasibəti ilə hamını təbrik edirəm.
99 il əvvəl 1918-ci ildə, tarixin mürəkkəb dövründə müstəqil dövlətimizin elan edilməsi xalqımızın tarixinin şərəf səhifəsidir.
Azərbaycan Demokratik Respublikası az yaşasa da indiki nəslə şanlı bir tarix qoyub getdi. Bu irsə söykənən xalqımız zaman-zaman müstəqillik üçün mübarizə apardı, azadlıq istəyini unutmadı.
1991-ci ildə müstəqilliyini bərpa edən, 15 iyun 11993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə onu reallığa çevirən xalqımız bu gün güclü , demokraik, beynəlxalq birlikdə böyük nüfuza malik olan dövlət qura bilibdir.
Müstəqilliyimiz əbədidir, onu hər zaman qoruyacaq və gücləndirəcəyik.
Aydın Mirzəzadə,
Millət vəkili
Gununsesi.info