Muştəri ona xidmət göstərəni kötəklədi

  • By admin
  • 19 Dekabr 2016 11:03

avtomobilyuma

 Bakının Nərimanov rayonunda avtobilini yuduzduran naməlum şəxs  32 yaşlı kişini döyüb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə  Nərimanov rayonu ərazisindəki avtomobil yuma məntəqəsində baş verib. 
Belə ki, avtomobilyuma məntəqəsində avtomobilini yuduzduran naməlum şəxs oranın işçisi, 32 yaşlı Ziyafət İsfarilovu kötəkləyib. Z.İsrafilova  xəsarət yetirən avtomobil sahibi hadisə yerini  tərk edib. 

Xəsarət alan Ziyafət İsfarilov xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.
hadisə şahidlərinin sözlərinə görə, Z. İsrafilovun maşının yuması müştərinin xoşuna gəlməyib. Buna görə də onların arasında mübahisə yaranıb. Onların mübahisəsi sonradan əlbəyaxa davaya çevrilib. 

Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info