Müstəntiqlər, hakimlər, Penitensiar Xidmət vəkilləri günlərlə süründürür

  • By admin
  • 25 Yanvar 2023 01:04

“Cinayət Prosessual Məcəlləsinin   32- ci maddəsinə əsasən ittiham tərəfi müdafiə tərəfiylə bərabər hüquqludur. Lakin qanunsuz və əsassız olaraq biz vəkillərdən istintaq təcridxanasında və cəzaçəkmə müəssisələrində hüquqlarını müdafiə etdiyimiz şəxslərlə görüşmək üçün müstəntiqin, hakimin və Penitensiar Xidmətin məktubu tələb olunur”.

Bunu Gununsesi.info-ya açıqlamasında bu günlərdə Şirvanda həbs edilən müvəkkili ilə görüşmək üçün ciddi problemlərlə üzləşən vəkil Ramil Rüstəmov deyib.

Onun sözlərinə görə, bu qanunsuz tələb Avropa İnsan Hüquqları Konvensiyasının 6,  Konstitusiyanın 61, Cinayət Prosessual Məcəllənin 91, 92 ci maddələrinə ziddir: “Hesab edirəm ki, bu cür tələblər vəkilin , təqsirləndirilən şəxsin, məhkumun müdafiə hüququnun pozuntusudur və bu qanunsuz tələblərin ləğv edilməsi üçün müvafiq tədbirlər görülməlidir. Vəkil günlərlə müstəntiq, hakim və Penitensiar Xidmətindən məktub verilməsini gözləməyə məhkumdur”.

 

Elmar Elnuroğlu

Gununsesi.info