Mustafa Cecelinin Şəmkir toyundan aldığı məbləğ açıqlandı

  • By admin
  • 01 Avqust 2017 22:30

128731_ei5kuadt9g
Xəbər verdiyimiz kimi türkiyəli müğənni Mustafa Ceceli Şəmkirdə baş tutan toy mərasimində iştirak edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mustafa Azərbaycandakı çıxışından 124 min lirə (təxminən 60 min AZN) qonorar alıb.

Qeyd edək ki, bu, ifaçının Selin İmerlə evləndikdən sonra ilk ölkə xaricindəki konserti olub.

Xatırladaq ki, Şəmkirin Şiştəpə kəndində keçirilən toyun sahibi paytaxtın ticarət mərkəzlərindən birinin sahibinin qardaşı oğlu olub.

Məclisdə əməkdar artist Xumar Qədimova, müğənnilər Nuri Sərinləndirici, Nazənin və başqaları qonaq olublar.

Gununsesi.info