“Karşıyaka”nın “Silifke Belediyespor”la qarşılaşdığı matçda İzmir təmsilçisinin çalışdırıcısı Mustafa Reşit Akçay buraxdıqları qoldan sonra meydana daxil olaraq, futbolçusu Bedirhan Altunbaşa doğru addımlayıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, hadisədən sonra qırmızı vərəqə alan Akçay tribunaya göndərilib.
Belə ki, TFF 3-cü Liqa 1-ci Qrup matçında Karşıyaka “Silifke Belediyespor”la qarşılaşıb.
Qarşılaşmanın 31-ci dəqiqəsində Silifke Burak Evrenin qolu ilə 1-0 önə keçdi.
Qoldan sonra əsəbini cilovlaya bilməyən Karşıyaka baş məşqçisi Mustafa Reşit Akçay meydana daxil olaraq futbolçusu Bedirhan Altunbaşa doğru addımlayıb.
Qonaq komandanın futbolçuları araya girərək tərəfləri ayırarkən, hakim qırmızı vərəqə verərək onu tribunaya göndərilib.
Orxan Saffari