Mustafa Şəntopdan sərt reaksiya - Türkiyə haqqında artıq-əskik danışanların...

Hər kəs öz işi ilə, öz dərdi ilə məşğul olsun.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə Parlamentinin spikeri Mustafa Şəntop deyib.

Spiker İngiltərənin “The Economist” jurnalının bu həftəki sayında Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı yer alan qalmaqallı ifadələrə münasibət bildirib.

“Onlar dünya üçün, Türkiyə üçün öz maraqlarına uyğun plan qururlar. Türkiyə o maraqları və planları pozanda, özlərini narahat hiss edirlər.

Biz isə Türkiyə haqqında artıq-əskik danışanların planlarını pozmağa, onları narahat etməyə hər zaman davam edəcəyik. Qoy hər kəs öz işi, öz problemləri ilə məşğul olsun”, – deyə Şəntop bildirib.

Gununsesi.info