Türkiyənin Şişli bələdiyyə başqan yardımçısı Candaşın öldürülməsi ilə bağlı başlanının istintaq-əməliyyat tədbirləri çərçivəsində Türkiyənin çox nüfuzlu syasətçilərindən olan Mustafa Sarıgülün oğlu Emir Sarıgülün də ifadəsi alınacaq.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, istintaqın ifadə qərarının ardından əməliyyatçıların Emir Sarıgülü evində tapa bilməməsindən sonra Cinayət Büro Amirliyi əməkdaşlarının onun vəkili ilə əlaqə yaratdıqları Məlum olub.
Emir Sarıgülün sabah vəkili ilə birlikdə Asayiş Şöbə Müdirliyinə gələrək ifadə verməsi gözlənilir.
Qeyd edək ki, məlum olayla bağlı 8 şəxsin istintaqına Cinayət Büro Amirliyində davam edilir.
Gununsesi.info