Mustafa Şentop Xocalıdan YAZDI

  • By admin
  • 26 Fevral 2022 13:36

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, spiker bu barədə tviter hesabında yazıb:

“26 fevral 1992-ci ildə baş verən və “Tarixin qara ləkəsi” olaraq anılan Xocalı qətliamında həyatını itirən qardaş-bacılarımızı hörmət və ehtiramla yad edirəm. 613 nəfəri unutmadıq, unutdurmayacağıq! “Əlbət, bir gün Azərbaycan bayrağını Qarabağa asacağıq” demişdik. Həmd olsun ki, asdıq”.

Gununsesi.info