Mustafa Şentopdan Naxçıvanla bağlı ÇAĞIRIŞ

  • By admin
  • 25 İyun 2022 09:36

Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi və Xəzər dənizindən keçməklə Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı kimi addımlarla əlaqələrimizi daha sıx birləşdirməliyik.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

“Bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzi kimi yüksəlməsinə yol açacaq, onları bir-birinə daha da yaxınlaşdıracaq”, – deyə spiker bildirib.

Onun sözlərinə görə, TürkPA-ya üzv ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Şentop, həmçinin vurğulayıb ki, türkdilli ölkələrin bir çox sahədə potensialı indikindən qat-qat üstündür.

Gununsesi.info