Mustafa Tayat: “2016-ci ili ayaqda qalmağı bacardıqsa böyük şeydir”

  • By admin
  • 05 Yanvar 2017 09:22

mustafa tayat

“2016-cı il Azərbaycanda ciddi böhran ili kimi yaşandı. Biz ötən il sadəcə ayaqda qalmağı bacara bildik. Buna da şükr, çünki, bir çox iş adamları işlərini dayandırdı. Bunun özü böyük şeydir”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycanda çalışan “Mustafa Tayat” geyim mağazalarının sahibi Mustafa Tayat ötən ilin yekunlarını dəyərləndirərkən söyləyib.  Onun sözlərinə görə, neftin qiymətinin enməsi, manatın dollar qarşısında kəskin şəkildə ucuzlaşması biznes sektoruna da ciddi əngəllər yaradıb.

Bununla belə iş adamı 2017-ci illə bağlı ümidli olduğunu deyib: “Ən əsası Azərbaycanda sabitlik var. Başqa ölkələrdəki, elə bizim Türkiyədəki terror olauyları burada yoxdur. Həmçinin, neftin qiyməti artan xətt üzrə gedir. Ümumilikdə bir çox ölkələrlə müqayisədə Azərbaycanda pis deyil. Ümid edirəm ki, yeni ildə vəziyyət dəyişəcək”.

Anar