” Müxalifət Boris Conson üçün ölkə tarixində nadir görünən impiçment proseduru hazırlayır” - THE SUNDAY TİMES

  • By admin
  • 29 Sentyabr 2019 22:05

Böyük Britaniya müxalifətçiləri gələcək həftə baş nazir Boris Consonu Birləşmiş Krallıq tarixində nadir rast gəlinən üsulla devirməyə hazırlaşır.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, müxalif siyasi qüvvələr bu ilin sentyabr ayının 24-də Ali Məhkəmənin qərarından sonra (həmin sənədlə Boris Consonun parlamentin işini dayandırmaq haqqında aktı etibarsız hesab edilib-red.) bir araya gələrək hökuməti istefaya göndərmək perspektivini görüşüblər.

Artıq gələcək həftə baş nazirə etimadsızlıq votumunun göstərilməsi məsələsi parlamentin müzakirəsinə gətirilə bilər. “The Daily Telegraph” qəzetinin məlumatına əsasən parlamentin iki iri müxalifət partiyası sayılan Leyboristlər və Şotlandiya Milli partiyası bununla bağlı təşəbbüs irəli sürəcəklər.

Bundan öncə hələ heç bir baş nazirə impiçment elan olunmayıb. Sonuncu bu cür prosedur 1848-ci ildə xarici işlər naziri Henri Palmerston üzərində Rusiya ilə gizli saziş imzaladığı üçün işə salınmaq istənilib.

Hazırkı müxalifət buna görə əlverişli vaxtın yetişdiyini düşünür. Belə ki, hakim Mühafizəkarlar partiyasına mənsub deputatların əksəriyyəti Manşesterdə keçrilən konfransda iştirak edirlər.

Boris Conson isə Ali Məhkəmənin qərarı hakim Brenda Heyl tərəfindən elan olunduqdan dərhal sonra, kraliça II Elizabetdən, parlamentin fəaliyyətini dayandırmaq barədə qərarı imzalatdırdığı üçün üzr istəyib.

Bundan əlavə Boris Consonun başqa bir məsələyə görə ağrıya bilər. Belə ki, Cennifer Arkuri adlı sahibkar qadın və model vaxtilə onunla intim münasibətdə olduğunu bəyan edib.

“The Sun” qəzetnin xəbərinə əsasən, hadisə Boris Consonun hələ London meri olarkən baş verib. Özü də indiki baş nazir həmin dövrdə Marina Uilerlə evli imiş.

Cennifer Arkurinin belə bir əlaqə sayəsində Londondakı biznes işində fayda götürdüyü barədə xəbərlər isə indidən Britaniya mətbuatının dilinə düşüb.

 

 

Gununsesi.org