Müxalifət Əsədin əmisi oğlunu edam edib - Foto

Suriya müxalifəti ölkə prezidenti Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədi edam edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Alkhali24 xəbər verir.

“Suriya üsyançı avanqardının Latakiyaya gəlişi ilə milli müdafiə qüvvələrinə rəhbərlik edən Süleyman Əsədin öldürüldüyü açıqlandı”-deyə nəşr bildirib.

Qeyd edək ki, dekabrın 9-da Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyətin Bəşər Əsədi devirmiş anti-hökumət qüvvələrinin liderlərinə təhvil verməyə razı olduğunu bəyan edib.

Esad'ın kuzenini şehrin meydanında astılar!

 

Şəbnəm

Gununsesi.info