

CHP lideri Kamal Kılıcdaroğlunun kortejinə Türkiyənin Artvin vilayətinin Şavşat rayonunun Yanıklı kəndi yaxınlığında atəş açılıb.
Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, müxalifət liderinin maşın karvanına silahlı hücum edən qrupun kimliyi bəlli deyil.
“Ancaq ara sıra atışma səsləri eşidilir. Hadisə ilə bağlı bölgəyə jandarma qüvvələri gəlib. Hadisə zamanı Kılıcdaroğlu zərər görməyib və onun heyətində kimsə yaralanmayıb. Vəziyyətlə bağlı bölgədə həmən ciddi təhlükəsizlik tədbirləri görülüb”-deyə, bildirilir.
Qeyd edək ki, K. Kılıcdaroğlunun Artvində görüşləri nəzərdə tutulurdu.
***
Artıq hadisə ilə bağlı K. Kılıcdaroğludan ilk açıqlama gəlib.
“Heç kimsə qayğılanmasın, biz yaxşıyıq. Hazırdada güvənli-təhlükəsiz bir yerdəyik”-deyə, o, qeyd edib.
Gununsesi.info