Müxalifət liderindən Netanyahuya sərt İTTİHAM

  • By admin
  • 14 Dekabr 2023 10:17

İsrail müxalifətinin lideri Yair Lapid baş nazir Benyamin Netanyahunu Qəzza zolağında baş verən qarşıdurmalar zamanı İsrail əsgərlərinin ölümü ilə bağlı “yalan danışmaqda və məsuliyyətdən yayınmaqda” ittiham edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Lapid sosial şəbəkədəki hesabında yazıb. “Netanyahu bütün həyatı boyu etdiklərini edir: yalan danışır və nifrət yayır. İndi o, bunu hər gün əsgərlərin öldüyü amansız müharibənin ortasında edir”, – siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Netanyahu “7 oktyabr hadisələrindən heç bir dərs götürməyib”.

Müxalifət lideri baş naziri Qəzza zolağına nəzarətin Fələstin hökumətinə verilməsi məsələsi ətrafında müzakirələri süni şəkildə şişirtdiyinə görə də tənqid edib. “İsrail əsgərləri Qəzzada öldürülərkən Netanyahu yeni mübahisə nöqtəsi ilə gündəmə gəldi və ABŞ, Benni Qantz, Qadi Eyzenkot və özü ilə münaqişəyə girdi”, – deyə o bildirib.

Bundan əvvəl Benyamin Netanyahu Vaşinqtonun mövqeyinin əksinə olaraq, hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağının Qəzza zolağında Fələstin Muxtariyyətinin nəzarətinə keçməsinə dəfələrlə qarşı çıxıb.

Gununsesi.info